Gürcüstan parlamentinin sədri Buçaya səfər etməkdən İMTİNA ETDİ - ƏTRAFLI

Qaribaşvili Buçaya səfər etməkdən imtina edib.
Gürcüstan parlamentinin sədri Ukrayna hökuməti ilə fikir ayrılığına görə, Buçaya səfər etməkdən imtina edib.
Kiyev Tiflisi günahlandırmaqda davam edir.
Xatırladaq ki, Ukrayna kəşfiyyatı Rusiyanın guya Gürcüstan ərazisindən sanksiyaya məruz qalan malların qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaratdığını iddia edib.
Ukrayna Xarici İşlər Nazirliyi hesab edir ki, Gürcüstan Rusiyaya kömək etmədiyini sübut etməlidir.
“Biz Gürcüstandan rəsmi sübutlar və inandırıcı arqumentlər gözləyirik ki, onlar bunu etmirlər”, – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Baş nazir İrakli Qaribaşvili cavabında bildirib ki, Gürcüstan heç vaxt sanksiyaya məruz qalan hər hansı yükün ölkə ərazisindən daşınmasına icazə verməyəcək.
“Hökumətin guya bu işdə əli olması ilə bağlı ittihamlar tamamilə absurddur”, – deyə hökumət başçısı bildirib. \\Konkret


Oxşar Xəbərlər

Xəbər lenti