Türkiyənin XİN başçısı azərbaycanlı və türkmənistanlı həmkarları ilə danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovla telefonla danışıb.
Bu barədə Sozcu.info-nun yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıqmüzakirə edilib.


Oxşar Xəbərlər

Xəbər lenti