Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yeni paketini müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçiriləcək görüşündə Ukraynadakı vəziyyətlə bağlı gələcək addımlar, o cümlədən Rusiyaya qarşı sanksiyalar müzakirə ediləcək.
Sozcu.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel iclasdan əvvəl bildirib.
“Sanksiyalar daim gündəlikdədir. Ukraynanın müzakirəsi hər zaman sanksiyalarımızın effektivliyinin müzakirəsini nəzərdə tutur. Növbəti paket təsdiq olunub və əlbəttə, nazirlər gələcək addımları müzakirə edəcəklər”, - o deyib.


Oxşar Xəbərlər

Xəbər lenti