SEPAH Azərbaycanı hədələdi: "Sərhədləri dəyişdirmək..." - VİDEO

İslam İnqilabının Keşikçiləri Korpusu öz "Twitter" səhifəsində video paylaşaraq başlıqda yazıb: "İran beynəlxalq sərhədləri dəyişdirmək məqsədilə istənilən plana sərt cavab verəcək”.
Sozcu.info xəbər verir ki, videoda ötən il İranın ali rəhbərinin ikinci Qarabağ müharibəsindən bəhs edən çıxışından sitat gətirilib: 
"Beynəlxalq sərhədlərə riayət edilməlidir. Yəni münaqişə tərəfləri ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz etməməli və terrorçular da sərhədlərimizin yaxınlığında yerləşdirilməməlidir”. 
Videoda habelə SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlim zamanı verdiyi açıqlama yer alıb: 
"Biz bölgənin bütün ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmir, bunu İranın qırmızı xətti hesab edirik”. 
Qeyd edək ki, videoda Ermənistanın Azərbaycanla olan sərhədi qabarıq xəttlə işarələnərək altından "qırmızı xətt” çəkilib.
Sfera.az


Oxşar Xəbərlər

Xəbər lenti