Ədliyyə Nazirliyinin bu səlahiyyəti ləğv edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Sozcu.info  xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.23-1-ci bəndi ləğv edilir.
9.23-1-ci bəndi Ədliyyə Nazirliyinin aşağıdakı vəzifəsini nəzərdə tuturdu:
vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatlandırma işlərinin aparılmasını, satışa çıxarılan əmlakın aktual elektron bazasının yaradılmasını təmin etmək, habelə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, eləcə də siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurlarının sifarişləri barədə rüblük məlumatı hər rüb başa çatdıqdan sonra, növbəti ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi formada təqdim etmək vəzifəsini nəzərdə tuturdu.


Oxşar Xəbərlər

Xəbər lenti