RUSİYA HANSI ÖLKƏLƏRƏ NÜVƏ ZƏRBƏSİ ENDİRƏ BİLƏR? - Raketlərin bu şəhərlərə göndəriləcəyi iddia edilir + FOTO

Son günlər Rusiya rəsmiləri və Kremlin təbliğat maşınına çevrilən dövlət televiziyaları nüvə müharibəsiylə bağlı çıxışlar etməyə başlayıblar. Ötən gün dövlət televiziyasında canlı yaymlanan verilişdə Rusiyanın nüvə zərbəsi endirə biləcəyi mümkün hədəflərin xəritəsi paylaşılıb.
“Sozcu.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, “Rossiya-1” kanalında yayımlanan müzakirə proqramında çıxış edən siyasi şərhçilər və ekspert qrupu Moskvanın nüvə silahından istifadə ehtimallarını müzakirə ediblər.
Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndərildiyi, Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çatdığı əks olunub.
Proqramda çıxış edən siyasi şərhçi Aleksey Juravlyov Rusiyanın “Sarmat” raketindən istifadə edəcəyi halda, Britaniya adaları deyə bir ərazinin olmayacağını bildirib.
Verilişdə iştirak edən başqa bir siyasətçi isə Avropanın da nüvə silahından istifadə edə biləcəyini vurğulayıb: “Əgər müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmayacaq”.
Bu açıqlamaya cavab verən Juravlyov bildirib: “Biz hər şeyi sıfırdan başlayarıq. Onlar bizi dövlət terroru törətməkdə ittiham edirlər”.
Xatırladaq ki, Putin bu yaxınlarda Rusiyanın təkmilləşdirilən “hipersonic” raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyərək, növbəti aylarda Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi.





Oxşar Xəbərlər

Xəbər lenti