“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
Baş nazir prezidentin qərarını tənqid etdi
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan-İran əlaqələrinin inkişafı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatacağından xəbər verir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
:
“Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”.
İran İslam Respublikasının Prezidenti
İbrahim Rəisi:
“Azərbaycan ilə İran arasında münasibətlər təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür”.
Dövlət başçılarının bu fikirləri Azərbaycan-İran münasibətlərinin dərin tarixi köklərə malik olduğunu təsdiq edir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar. İqtisadi, ticari, elmi, mədəni əlaqələr Azərbaycan və İran xalqlarını tarix boyu birləşdirib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - İran 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf mərhələsinə adladıb. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev bu ölkənin dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi və digər rəsmi şəxslərlə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.
Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb. Bundan başqa, 2016-cı il fevralın 23-də “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. İmzalanan saziş əsasında həm “Xudafərin”, həm “Qız Qalası” su anbarlarında 50 faiz pay Azərbaycana, digər 50 faiz isə İrana məxsusdur.
Azərbaycan ilə İran arasında 765 kilometr sərhəd var ki, bu da qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu mənada nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri digər dövlətlərə nümunə ola bilər. Belə ki, hər iki dövlət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçməsində də əməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşınacaq. Bu işdə rəsmi Bakı ilə Tehranın əməkdaşlığı heç də təsadüfi xarakterdaşımır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 800 milyona yaxın əhalisi olan 40-dan çox dövləti - Avropa ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bu böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan və İran üzərindən qurulması hər iki ölkənin iqtisadi inkişafının yeni mərhələsini təşkil edir.
Beynəlxalq ekspertlərin hesablamalarına görə yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dolları aşacaq. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycan ilə İran ildə 2,5 və ya 3 milyard dollar tranzit gəlir əldə edəcəklər. Dəhlizin əsasını təkli edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yük terminallarının inşası davam edir. Son iki ildə COVID-19 pandemiyası səbəbindən dünya dövlətləri arasında sərhədlər bağlansa da, Azərbaycan ilə İran arasındakı sərhədlər bağlanmadı və yükdaşımalar həyata keçirildi.
Ötən ilin noyabrında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti İbrahim Rəisi ilə görüşündən sonra iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açıldı. Görüşdə Şimal-Cənub, Zəngəzur dəhlizlərinin formalaşması məsələləri müzakirə edildi. Həmin gün “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı. Sazişə görə 2021-ci il dekabrın 25-dən başlayaraq Azərbaycan İran vasitəsilə Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz alır.
Təsadüfi deyil ki, həmin görüşün nəticəsi olaraq bu il martın 11-də Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumunu da imzalandı. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Azərbaycan ilə İran arasında mədəni və humanitar sahələrdə tarixən mövcud olmuş sıx münasibətlər informasiya sahəsində də müşahidə edilir. Bu sahədə əməkdaşlıqda
AZƏRTAC
ilə İRNA arasında tərəfdaşlıq münasibətləri mühüm yer tutur. 2011-ci il aprelin 5-də Bakıda
AZƏRTAC
ilə İRNA arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanması ilə dost ölkələrimizin bu iki aparıcı media qurumlarının sıx əməkdaşlığı üçün möhkəm hüquqi baza yaranıb. Hər iki ölkənin milli informasiya agentlikləri beynəlxalq media qurumları çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu qurumlardan biri də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatıdır (OANA).
AZƏRTAC
-ın Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrliyi çərçivəsində 2018-ci ilin sentyabrında Tehranda OANA-nın İcraiyyə Komitəsinin 43-cü iclası keçirilib. İclas çərçivəsində İranın keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafının informasiya təminatı ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu günədək iki dövlət arasında 150-dən çox sənəd imzalanıb, 24 biznes forum və işgüzar görüş keçirilib. Ticarət dövriyyəsi 500 milyon dolları ötüb. Qarşılıqlı etimad investisiya sahəsində əməkdaşlığa müsbət təkan verib. İran sahibkarları tərəfindən ölkəmizə 3,5 milyard dollar investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 1614 İran şirkəti fəaliyyət göstərir.Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.
İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. “ASAN Viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır. 2019-cu il dekabrın 1-dən isə Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşlarına münasibətdə viza rejimi aradan qaldırılıb.
Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində İran ilə sərhəd rayonları da Ermənistanın işğalından azad etdi ki, bu da iki dövlət arasındakı əlaqələrin genişlənməsinə imkanlar yaradıb. İşğaldan azad olunan sərhədyanı bölgəyə səfər edən Prezident İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırıb. Bir sıra İran şirkətlərinin Qarabağın bərpası prosesində iştirakı barədə razılıq əldə edilib.
Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənir. Bütün bunlar iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir.
Oxşar Xəbərlər
Zakir Həsənov İran Prezidenti ilə görüşüb
İran Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb
İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi
"Müharibədən sonra İran-Azərbaycan əlaqələri daha da geniş vüsət alıb" - İlham Əliyev
Xəbər lenti
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…