Prezident bu şəxslərə nazirlikdə yüksək vəzifə verdi FOTOLAR


Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sozcu.info  xəbər verir ki, sərəncamda deyilir:

"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin Prezident İlham Əliyevin digər sərəncamı ilə Fərid Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Sərəncamda deyilir:

"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Samir Məmmədov

Fərid Əhmədov



Oxşar Xəbərlər

Xəbər lenti