Bu gün, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
“Rusiya çoxdan terrorçu dövlət statusuna və Ukraynaya təcavüzü ilə bağlı mütləq baş verəcək xüsusi tribunala doğru irəliləyir”.Sozcu.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 17-də axşam çıxışında deyib.Dövlət başçısı Rusiyanın Ukrayna ilə bağlı qınaqlarına belə reaksiya verib.“Bu gün Rusiyadan Ukraynanın “qiyamət günü” ilə bağlı aydın olmayan bəyanat verildi. Düzdür, heç kim bunu hədə-qorxu kimi qəbul etmir, amma Ukrayna Donbası səmasında Malayziyanın Boeing təyyarəsinin məhv edilməsinin növbəti ildönümündə Rusiya tərəfindən bunu demək həyasızlıqdır. Açıq-aşkar terror aktı nəticəsində 298 nəfər (80 uşaq, 10 ölkənin vətəndaşı) həlak olub”, - deyə prezident bildirib.O, əlavə edib ki, hələ o zaman Rusiya bu yolla terrorçu dövlət statusuna və Ukraynaya təcavüzü ilə bağlı mütləq baş verəcək xüsusi tribunala gedirdi.“Bu, Rusiya üçün məcazi mənada deyil, sözün əsl mənasında qiyamət günü olacaq”, - Zelenski vurğulayıb.Bizim.Media