25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Dünən Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Astana sammitlərinin növbəti sammiti baş tutub.Ovqat.com-un məlumatına görə, sammitdən əvvəl Türkiyə və Rusiya prezidentləri İran dini lideri ilə də görüşüb.Görüşdən sonra dini liderin öz Twitter hesabında paylaşdığı şəkillər və qısa açıqlamalar birmənalı qarşılanmayıb. Foto-şəkillərdə sanki Ərdoğanın və Putinin divar küncünə sıxışdırılması təəssüratı yaradan Xamenei üstəlik görüş zalına yalnız İran bayrağı qoydurtdurub. Bu cür təqdimatı şərh edən saytımızın rəhbəri Heydər Oğuz öz facebook səhifəsində yazıb:“Bu adam Putini də, Ərdoğanı da guya divarın küncündə əyləşdirib İran xalqına özünün yekə birisi olduğunu göstərməyə çalışır. Üstəlik, görüş otağına ancaq İran bayrağı qoydurub. Sanki bununla Rusiyanın da, Türkiyənin də İranın əyaləti olduğu mesajını verir. Halbuki, bizim Allahşükür belə, bu adamdan bir neçə dəfə dəyərli şəxsiyyətdir. Allahşükür formal da olsa, Azərbaycanla yanaşı, həm Ermənistanın, həm Gürcüstanın, həm də Rusiyanın dini lideri sayılır. Bu adam isə yenə formal olaraq, bir dövlətin-İranın dini lideridir. İran əhalisinin böyük qismi belə, onun liderliyinə şübhə ilə yanaşır. Di gəl, forsuna, ədasına bax bunun. Forsunu Rəisi həzrətləri yesin.Əslində Xameneyidə zərrə qədər günah yoxdur. Günah bu adamı adam yerinə qoyub onunla görüşənlərdədir”.Xamenei Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdən sonra paylaşdığı bir tvitdə isə yenə öz ənənəsinə sadiq qalaraq Azərbaycanı təhdid edib. Türkçə yazlmış həmin paylaşımda bildirilir: “#Karabağ'ın Azerbaycan'a geri dönüşünden mutluluk duyuyoruz. Elbette (işin içinde) İran-Ermenistan sınırını bloke etme politikası varsa İslam Cumhuriyeti buna karşı çıkacaktır, çünkü bu sınır binlerce yıllık bir iletişim yoludur”.İran dini lideri mövzu ilə bağlı ingiliscə tvitində isə Türkcə üzəvari səsləndirdiyi “Qarabağın Azərbaycana qayıdışı” məqamını belə, unudub. “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olan siyasət və ya planlara dözməyəcək” (“The Islamic Republic will not tolerate policies or plans that lead to the closing of the Iran-Armenia border”), - Xameninin ingiliscə paylaşımında vurğulanıb.İran mediasının bildirdiyinə görə, Seyyid Əli Xameneinin “müsəlmançılığı” və “qonaqpərvərliyi” qonaqları ilə söhbətlərində də özünü büruzə verib. Bildirilir ki, dini lider xristian mədəni sahəsinə daxil olan Rusiya prezidentini daha isti qarşılayıb. Türkiyə lideri Ərdoğana isə eyni diqqət göstərilməyib.Xamenei Putinlə görüşündə Rusiyanın Ukraynaya qarşı müharibəsindən, dolayısıyla Ukrayna xalqının qanına qəltan edilməsindən məmnunluq duyduğunu (bu adamın müsəlmançılığı bu qədərdir) və bu qanlı işğal prosesini dəstəklədiyini qonağının diqqətinə çatdırıb."Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız, qarşı tərəf buna təşəbbüs göstərib müharibə başladacaqdı"-deyə, Xameneyi bildirib.O, Putinlə görüşdə Rusiyanın Ukraynaya təcavüzünü "xüsusi əməliyyat" və "Ukrayna münaqişəsi" adlandırmaqdan da çəkinməyib.