25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Rusiya prezidenti Vladimir Putin ABŞ və Qərbin güclənən sanksiyalarına qarşı İranla daha sıx ticarət və hərbi əlaqələr qurur.
Bu barədə "The Wall Street Journal"-ın köşə yazarı Benya Fokon bildirib.
O, iddia edir ki, İran və Rusiya əvvəlkindən daha sıx əlaqələr qurur və beynəlxalq təcrid ölkələri buna sövq edir.
Fokon deyir ki, iki dövlət arasında ticarət və hərbi əməkdaşlığın genişlənməsi Vaşinqtonda narahatlıq doğurur.
Onun fikrincə, İran və Rusiya arasında əməkdaşlığın dərinləşməsi və yaxşılaşması ölkələrə öz məhsulları üçün yeni bazarlar vasitəsilə Qərbin sanksiyalarının təsirini azaltmağa kömək edə bilər.
Bundan əvvəl İranın neft naziri Cavad Ovci bildirib ki, Tehran və Moskva yaxın vaxtlarda qaz tədarükü haqqında saziş imzalayacaqlar.