Paşinyan: “Azərbaycanın ərazi bütövlüyünü tanıyacağıq, bir şərtlə ki...”


Hurriyyet.az xəbər verir ki, Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hansı şərtlə tanıyacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın suveren ərazilərini tərk edəcəyi təqdirdə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Ermənistanın Baş naziri Paşinyan bunun “dəyişməz siyasi mövqe” olduğunu bildirib.

Qeyd edək ki, 10 noyabr bəyanatı imzalanan gündən bəri Azərbaycan Ermənistanı sərhədlərin dəqiqləşdirilməsi və sülh razılaşmasına dəvət edir. Ermənistan indiyə qədər Azərbaycanla sərhədlərini tanımayıbsa, Azərbaycan hərbçisinin hazırda Azərbaycan ərazisində olmadığına necə qərar verə bilər?



Oxşar Xəbərlər

Xəbər lenti