Gürcüstan Azərbaycanla Ermənistanın sülh danışıqlarının meydanı olmağa hazırdır


Sozcu.info xəbər verir ki, Gürcüstanın Xarici İşlər naziri İlya Darçiaşvili Gürcüstanın Azərbaycan ilə Ermənistan arasında sülh dialoqu üçün meydana çevrilməyə hazır olduğunu söyləyib.

“Sputnik Qruziya” saytının yazdığına görə, nazir deyib: “Tbilisi qonşularımızın dinc şəkildə sülh dialoqunu apara biləcəkləri yer olmağa hazırdır. Danışıqlardan konkret nəticələr əldə edildikdə regionumuzda sülh və sabitlik bərqərar olacaq”.

Diplomat bildirib ki, görüş istənilən zamanda və istənilən yerdə keçirilə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti