25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.
Sozcu.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, - deyə Simonyan söyləyib.
Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi. Rusiyanın “Vedomosti” nəşri isə görüşün Moskva və yaxud Soçidə keçirilə biləcəyini yazıb.
qafqazinfo.az