25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qoşulmama Hərəkatının təməl fəlsəfəsini kolonializmə qarşı mübarizə təşkil edir. Eləcə də müstəmləkəçiliyə qarşı olan, azad, müstəqil yaşamaq üçün mücadilə aparan, zülmün istibdadın qarşısında, haqqın, ədalətin yanında olan xalqların həmrəyliyi, birliyi bu fəlsəfənin baza prinsipləridir.
Bu baxımdan, Azərbaycanın dünyada mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zaman kəsiyində Qoşulmama Hərəkatına sədrliyi, bəlkə də tarixi zərurətdən doğan bir reallıqdır.Bu gün mütləq əksəriyyəti öz tarixi Vətənlərində, ata-baba yurdlarında yaşayan 50 milyonluq Azərbaycan xalqı tarix böyu nəhəng dövlətlərin qurucusu olsa da, müxtəlif ideoloji, dini-siyasi niqaba bürünmüş, süni yollarla klassik və qeyri-ənənəvi dövlət modellərinə tranformasiya edilmiş ultramillətçi kolonial rejimlərin müstəmləkəçilik siyasətindən əziyyət çəkib və bu gün də xalqımızın əhəmiyyətli bir hissəsi müstəmləkəçiliyin ən ibdar nümunələrindən birinin girovluğunu yaşayır, dişiylə-dırnağıyla, canıyla-qanıyla azadlığını, ərazi bütövlüyünün əhəmiyyətli hissəsini təmin edən 10 milyonluq hisəsi isə müstəmləkəçilərin təzyiqləri, ikrah doğuran davranışları ilə qarşı-qarşıyadır. Bütün bunlara baxmayaraq, nəhəng bir coğrafiyada dağların, çayların, yurd yerlərinin adını verən azərbaycanlılar heç vaxt mənən müstəmləkəçiliyin girovuna çevrilməyib, köləliyi qəbul etməyiblər. Daxili azadlıqlarını, isttiqlal ideallarını göz bəbəkləri kimi qoruyaraq mücadilə aparıblar.
XX əsrdə tarixi Azərbaycan torpaqlarında 3 dəfə öz dövlətini qurmağı, bayrağını yenidən ucaltmağı bacaran, 2 dəfə dövlət quruculuğunun bir addımlığında, qeyri-bərabər mübarizə şəraitində və xəyanətlər
nəticəsində ən böyük arzusunu gerçəkləşdirə bilməyən azərbaycanlıların dünyanın ən azadlıqsevər xalqlarından biri olduğunu sübuta yetirmək üçün əlavə faktlara müraciət etməyə ehtiyac duymuram. Biz xalq və millət olaraq heç vaxt zülmə, istibdada, qaniçən müstəmləkəçiliyə təslim olmamışıq, olmayacağıq da! Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatını sədrliyi dönəminin sözügedən təsisatda canlama yaratması da təsadüfi deyil. Azərbaycan xalqının milli və bəşəri azadlıq ideallarına sadiqliyi, müstəmləkəçiliyə və onun müasir təzahürlərinə qarşı mübarizə əzmi özünü Prezident İlham Əliyevin Əlcəzairə səfəri çərçivəsində də bir daha nümayiş etdirdi.
Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Emmanuel Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi sənədlərə Prezident İlham Əliyev Əlcəzairdən kolonial siyasətə, Fransa müstəmləkəçiliyinə öz münasibəti və aydın mesajları ilə cavab verdi və rəsmi Parisə öz gözündə sezmək istəmədiyi “tiri” göstərdi.Xatırladım ki, Fransa hələ də müstəmləkəçi ölkədir.
Müasir Fransanın az qala bütün dünya okeanlarına “səpələnmiş” de-fakto müstəmləkələrinin ərazisi 560 min kv. kilometr təşkil edir və müstəmləkələrdə müasir Ermənistanın əhalisindən daha çox insan – 3 milyon nəfər yaşayır. Karib dənizindəki Qvadelupa və Martinika adalar silsiləsi, Atlantik okeanının Cənubi Amerikaya yaxın ərazisində yerləşən Qviana, Sen-Marten, Sen-Bartelemi, Sen-Pyer və Mikelon, Hind okeanındakı Renyunon və Mayotta, Sakit okeandakı 130 kiçik adadan ibarət Fransuz Polinzeyası, eləcə də Uollis və Futuna, Yeni Kalledoniya hələ də “sivil”, “demokratik” Fransanın müstəmləkələri sayılırlar.