10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
HƏR SAHƏDƏ SELEKTİV YANAŞMA VAR…
“Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik” (İlham Əliyev)
Qoşulmama Hərəkatı təşkilat kimi 1961-ci ilin sentyabr ayında Belqrad konfransında yaradıldı. Lakin təşkilatın yaradılmasına zəmin bir neçə il öncədən hazırlanmışdır. Hələ 1955-ci ildə Asiya və Afrika ölkələrinin Banduq konfransı, 1956-cı ildə İosip Broza Tito (Yuqoslaviya), Qamal Abdel Naser (Misir) və Cəvahirlər Nerunun (Hindistan) üçtərəfli müzakirələri, 1961-ci ilin əvvəlində Titonun Asiya və Afrika ölkələrinə “Qaleb” gəmisindəki səyahəti, keçirilən görüşlər, aparılan danışıqlar həmin ilin sentyabr ayında Qoşulmama Hərəkatının bir təşkilat kimi meydana çıxmasına səbəb oldu. Əsasən postkolonial asılılıqdan yaxa qurtarmaq, öz müasir, müstəqil iqtisadiyyatını qurmaq istəyən 25 gənc ölkə, dövlət və hökumət bu təşkilata qoşuldu… Və artıq 1964-cü ildə Qahirədə 47 ölkə öz səsini Qoşulmama Hərəkatı altında birləşdirdi...
Beynəlxal təşkilat olan Qoşulmama Hərəkatının əsas prinsipi dünyada olan hərbi bloklara qoşulmamaqdır. Təşkilat yaranan dövrdə belə bloklar kimi Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), Varşava Müqaviləsi Təşkilatı (VMT), Mərkəzi Müqavilə Təşkilatı (SENTO), Cənub-Şərqi Asiya Millətləri birliyi (ASEAN), Sakit Okean Təhlükəsizlik Paktı (ANZUS) və digərləri nəzərdə tutulurdu.
2011-ci ildə bu təşkilatdakı ölkələrin sayı 120-yə çatdı. Bu da onların arasında yalnız yeganə Avropa ölkəsi olan Belarus Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi hərbi blokdadır. KTMT-nin üzvü olan Qazaxıstan, Qırğızıstan, Tacikistan da müşahidəçi qismində çıxış edirlər. Ermənistanın da 17 müşahidəçi ölkə arasında olması qəribə görünür...Müşahidəçi qismində 5 beynəlxalq, 2 milli-azadlıq təşkilatının olması da Qoşulmama Hərəkatının beynəlxalq siyasi təşkilat kimi hər gün nüfuzunun artdığından xəbər verir.
Bu qədər ölkə və təşkilatın hər hansı bir konfliktin həlli yollarının müzakirəsində yekdil fikrə gəlməsi mürəkkəb məsələdir. Bu da təbiidir. Qoşulmama Hərəkatına daxil olan ölkələrin bir çoxu əsrlər boyu bir-biri ilə münaqişədə olan ölkələrdir. Lakin Azərbaycanın sədrliyi dövründə Hərəkatın daxilində müşahidə edilən fikir ayrılıqları yavaş-yavaş aradan qalxmağa başladı...
Bütün ölkələrin suverenliyini, ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyən, özü selektiv yanaşmaya məruz qalan Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə dəstək vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatına daxil oldu. Məhz qısa müddət ərzində Azərbaycanın Hərəkatın üzvləri arasında böyük nüfuz qazanmasının nəticəsi idi ki, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi...
Hazırda 120 üzvü olan Qoşulmama Hərəkatının sədrliyi növbəti dəfə Azərbaycandadır. Azərbaycanın üçillik sədrliyi 2022-ci ildə bitməli olsa da, üzv ölkələrin xahişi ilə Azərbaycan bu sədrliyin daha bir il uzadılmasına razı oldu. Beləliklə, 2023-cü ildə sədrlik Uqandaya keçəcək.
2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilən və 60 ildən sonra yenidən Belqradda keçirilən Yüksək Səviyyəli Toplantısında Azərbaycanın sədrliyi dövründə görülən işlərdən, inkişaf etmiş dövlətlərin sərgilədikləri ikili standartlardan, hazırkı COVİD-19 pandemiyası dövründə ölkələrə vaksinlərin qeyri-bərabər paylanmasından, Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalından, Azərbaycanın ərazi bütövlüyünü öz gücü sayəsində bərpa etməsindən danışan Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu təşkilatın suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən bir təşkilat olduğunu xüsusi vurğulayaraq demişdir: “Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik”.
Maraqlıdır ki, beynəlxalq münasibətlərdəki ikili standartlardan istifadə edən, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini havadarlarının köməyilə işğal altında saxlayan Ermənistan da bu Hərəkatda müşahidəçi kimi iştirak edir. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, qadın və uşağı qətlə yetirən, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozan bir ölkənin hansı üzlə bu təşkilata maraq göstərməsinin özü də çox maraqlıdır. Bunu yalnız ermənilər bacara bilərlər...
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasına məhəl qoymayan təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq olunmadı. Bundan istifadə edən Ermənistan “işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi”. Lakin haqqı, ədaləti Azərbaycan özü dəmir iradə, dəmir yumruq, xalq iqtidar birliyi, güclü ordu, vətənpərvər oğul və qızlarının sayəsində bərpa etdi, 44 gün sürən Vətən müharibəsindən ölkə olaraq alnı açıq, üzü ağ çıxdı... Üstəlik də belə bir vaxtda iki böyük beynəlxalq təşkilata sədrlik edən Azərbaycan nə Türk Şurasının, nə də Qoşulmama Hərəkatının qayğı və problemlərini unutmadı.
Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü və təşkil etdi. Bir sıra ölkələrə tibbi ləvazimatlar, vaksin göndərildi, bu sahədəki boşluqlar, ikili standartlar, selektiv yanaşmaların olması yüksək səviyyədə dilə gətirildi. Belə ki, “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama
Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir”. 2021-ci ilin “mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır”.
Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Azərbaycanın sədrliyi dövründə əldə olunan müsbət inkişafın nəticəsi idi ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsi Azərbaycana əhəmiyyətli dəstək verdi. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan verməyərək Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.
Əlbəttə ki, Hərəkatın gələcəyini də düşünmək lazımdır. Qoşulmama Hərəkatının sədri kimi gələcəkdə də üzv ölkələr arasında birliyi, anlaşmanı, dayanıqlı sülhü, dialoqu təmnin etmək üçün gənclərə diqqət yetirir, onların bu ruhda yetişməsi üçün bir sara addımlar atır. Bu addımlardan biri də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasının keçirilməsi və təsisatlanma ideyası ilə çıxış etməsidir.
GÜLLÜ YOLOĞLU,
tarix elmləri doktoru, türkoloq
Oxşar Xəbərlər
Prezident: "Azərbaycan Qoşulmama Hərəkatının rolunun möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək"
İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatında böyük hörmət qazandı”
Qoşulmama Hərəkatının fəaliyyəti aktiv fazaya keçib – ŞƏRH
Prezident İlham Əliyev 8 ölkənin rəhbərlərinə məktub ünvanlayıb
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…