Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə sona çatdı. Azərbaycan Ordusu həm hərbi texnikası, həm də canlı qüvvəsi ilə öz layiqli cavabını verərək düşmənə ciddi zərbə vurdu. Azərbaycan Ordusu canı – qanıbahasına Ermənistan ordusunu 44 günə məğlub edərək öz ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ordumuz Vətənin keşiyini çəkə biləcək gücə malik olduğunu bütün öndə gedən dünya ölkələrinə sübut etdi. 44 gün davam edən Vətən müharibəsi tarixə şərəfli bir səhifə kimi həkk olundu.
“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur.Qarabağ Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti, müzəffər ordumuzun və xalqımızın dəmir yumruq altında birləşməsi nəticəsində düşmən əsarətindən azad oldu. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulma işlərinə başlanıldı.Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında öz istəyinə nail oldu. Torpaqlarımızın işğaldan azad olunmasının başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi güçlü siyasəti və eyni zamanda güclü ordumuzdur.Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatların hazırlanması və yerinə yetirilməsi dünya ölkələri tərəfindən öyrənilir.
Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqına daim dəstək oldu. Azərbaycanı Respublikasını bu müharibədə dəstəkləməklə haqqın tərəfində olduğunu bütün dünyaya nümayiş etdirdi. Çünki Azərbaycan öz torpaqları və ərazi bütövlüyü uğrunda mübarizə aparırdı. Azərbaycan haqq yolunda oldu və qalibiyyəti ilə bütün haqq tərəfində olan ölkələri sevindirdi.İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Bu layihəyə görə dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan MuxtarRespublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir.
İmzalanmış Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər rayonları döyüşsüz Azərbaycana qaytarıldı.2022-ci il 6 oktyabr tarixində Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanat Azərbaycan ərazi bütövlüyünü tanıdı.Emil QuliyevSuraxanı rayonu Zığ bələdiyyəsinin sədri
Sozcu.info