Putin LGTB təbliğini qadağan edən qanunu imzaladı


Sozcu.info TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin qeyri-ənənəvi cinsi münasibəti, pedofiliyanı və cinsiyyət dəyişdirmək arzusuna səbəb ola biləcək informasiya təbliğatını qadağan edən qanunu təsdiq edib.

Bu qanunla ölkədə LGTB-nin, cinsiyyət dəyişdirməyin və pedofiliyanın KİV, internet, reklamlar, ədəbi əsərlər və film yolu ilə təbliği qadağan edilir.

Qanunu pozanlar 50 min rubldan (827 dollara yaxın) 10 milyon rubla (165 290 dollara yaxın) qədər cərimə cəzası alacaq.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti