8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və bu ilin 31 oktyabr tarixli sazişlərinin icrasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, gələcək təmaslar barədə də razılıq əldə olunub.