Prezidentin köməkçisi Şuşadakı aksiyadan danışdı


“Ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”.

Sozcu.info Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusla görüşü zamanı deyib.

O bildirib ki, işğal illərində Ermənistan Azərbaycan ərazisindəki mədəniyyət abidələrini dağıdıb, həmçinin sərvətlərimizi qeyri-qanuni istismar edib, ətraf mühitə ziyan vurub.

““Qızılbulaq” yatağında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların “Qızılbulaq”da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”, - deyə H.Hacıyev əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti