Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında görüş başlayıb


Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başlayıb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Z.Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib.



Oxşar Xəbərlər

Xəbər lenti