Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi təmsilçisi İbrahim Kalın ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmağa hazırlaşmadığını söyləyib.
O qeyd edib ki, Türkiyənin bu addımı atmamasının bir səbəbi də Ukraynadakı vəziyyətin nizamlanması üçün səy göstərməyə davam etmək niyyətində olmasıdır.
Kalın deyib: “Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyədə dialoqu dəstəkləyir. Hər iki tərəf Türkiyəyə etimad göstərir. Apardığımız siyasət sayəsində danışıqlar prosesinin əvvəlində, ardından taxıl dəhlizi və əsir mübadiləsi məsələlərində konkret nəticələr əldə edildi”.
Kalın rəsmi Ankaranın həm də öz milli maraqlarından çıxış edərək Moskva ilə dialoqu inkişaf etdirdiyini deyib.