Kreml: “Putinlə Makron əlaqə saxlamağa davam edirlər”


Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makronun əlaqə saxlamağa davam elədiklərini bildirib.

Peskov deyib: “Putin ilə Makronun münasibətlərinə gəlincə, onlar əlaqə saxlamağa davam edirlər. Hazırda onların dialoqunda fasilə yaranıb. Lakin bütün dərin fikir ayrılıqlarına baxmayaraq, bundan əvvəlki mərhələdə onların kontaktı çox faydalı və konstruktiv olub”.



Oxşar Xəbərlər

Xəbər lenti