Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, yaxın zamanlarda Türkiyədə Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirliklərinin texniki təmsilçilərinin görüşü keçiriləcək. Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, ötən ilin axırında Türkiyə ilə Suriya arasında başlamış normallaşma danışıqlarının növbəti mərhələsi paytaxt Ankara şəhərində aparılacaq.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın sözlərinə görə, danışıqlar prosesinin tərəfləri nəticə əldə edilməsi üçün mümkün qədər səy göstərirlər.
Xəbər verdiyimiz kimi, 2022-ci ilin dekabr ayında Moskvada Türkiyə, Suriya və Rusiyanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilmişdi. Bu ilin yanvarında İranın da müzakirələrə qoşula biləcəyi məlum olub.