Əliyevlə Paşinyan Münhendə bir araya gələcək? – Gözləntilər


17-19 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın da tədbirdə iştirakı gözlənilir.

Xatırladaq ki, Paşinyan bu gün sülh müqaviləsi ilə bağlı təkliflərin Bakıya göndərildiyini açıqlayıb.

Baş verənlər fonunda Münhendə Əliyevlə Paşinyanın ikitərəfli görüşü keçirilə bilərmi?

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  Münhendə keçiriləcək təhlükəsizlik konfransı bir neçə aspektdən diqqət mərkəzindədir:

“Konfransda Rusiya ilə Ukrayna arasındakı müharibənin müzakirəsi gözlənilir. Azərbaycan və regionumuz üçün bu konfransın əhəmiyyəti orada Azərbaycan Prezidenti ilə yanaşı, Ermənistan Respublikasının Baş Nazirinin də iştirak etməsidir. Bildiyimiz kimi, ötən illərdə elə bu konfrans çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmiş və bu görüş Ermənistan Baş Nazirinin İlham Əliyev qarşısında aciz vəziyyətə düşməsi ilə yadda qalmışdı. Builki görüşdə də diqqət Münhenə həm də ona görə yönəlib ki, orada yenə də İlham Əliyevlə Nikol  Paşinyanın görüşü keçirilə bilər. Məlumdur ki, bu günlər Azərbaycan Respublikası Prezidenti ilə Ermənistan Respublikası Baş Naziri arasında nəzərdə tutulan istənilən görüş böyük maraq doğurur. Çünki Azərbaycanla Ermənistan münasibətlərinin gələcəyi bu görüşdən çox asılıdır. İki ölkə arasında imzalanması üzərində iş gedən sülh müqaviləsinin taleyi məhz belə görüşlərdən asılıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti