Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında Qarabağ və Azərbaycan nümayəndələrinin daha bir görüşü keçirilib.
Sozcu.info xəbər verir ki, görüşdə Qarabağın erməni icması tərəfindən iştirak edən şəxslərin kimliyi bəlli olub.
Erməni nəşri yazır ki, qondarma rejimin “təhlükəsizlik şurası”nın katibi Samvel Şahramanyan və keçmiş Rusiya Sülhməramlı Qoşunları ilə Əməkdaşlığın Təminatı Mərkəzinin direktoru Sergey Martirosyan Qarabağdan Azərbaycanla danışıqlar aparan şəxslər təyin edilib.
Qəzetin məlumatına görə, Vitali Balasanyanın “təhlükəsizlik şurası”nın katibi olduğu dövrdə Sergey Martirosyan eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə “Vito”nun yanında olub.
Balasanyan işdən çıxarıldıqdan sonra strukturun optimallaşdırılması nəticəsində bu idarə ləğv edilib. Martirosyan yaxın münasibətdə olduğu sülhməramlıların keçmiş rəhbəri general Rüstəm Muradovun vasitəçiliyi ilə azərbaycanlılarla danışıqlarda iştirak edib. Onlar Rusiya ordusunda birgə xidmət ediblər.
KİV vurğulayıb ki, Muradovla Martirosyan Rusiya sülhməramlıları ilə aparılan axtarış əməliyyatlarında fəal iştirak edib və beləliklə, onların münasibətləri daha da yaxınlaşıb.
Qeyd edək ki, dünənki görüşdə Qarabağ erməniləri tərəfindən danışıqlar aparan şəxslər arasında üçüncü şəxs də olub və fotoda onun qolunun kiçik bir hissəsi görünür.
Erməni nəşrinin Qarabağdan olan mənbələri görüşdə Kaşen (Dəmirli) mədəninin sahibinin də iştirak etdiyini istisna etmir. Azərbaycan tərəfini isə görüşlərdə Milli Məclisin deputatı Ramin Məmmədov təmsil edib. (yenisabah)