Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfəri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Dostluq və qardaşlıq əsrlərə söykənir.İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstan Respublikası hökuməti yanında komissiyanın bu il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yeşil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi oldu. Prezident İllham Əliyev Qazaxıstana son səfəri çərçivəsində Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində iştirak edərkən çıxışında qeyd etdi: Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olmasına yönəlmiş prinspial mövqeyi böyük hörmətə layiqdir. Astananın mərkəzində bu küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Eləcə də, xüsusi vurgulamaq istərdim ki,Qazaxıstan Respublikasının Prezidentinin işgaldan azad edilmiş Fizuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı müttəfiqlik, qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib.Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitin başlanması, ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edir. Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimizə nümunəyik.Qazaxıstanla əməkdaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyatı zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir.
Ziya Həsənov
Suraxanı rayonu, 172 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi
Sozcu.info