Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
ABŞ-ın “Foreign Policy” nəşri aylardır namizədlik uğrunda mübarizə aparan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, 7 partiyalı koalisiyanın namizədi Kamal Kılıçdaroğlu ilə bağlı təhlil dərc edib.
Musavat.com xəbər verir ki, nəşr Türkiyə müxalifətinin işçi sinfin dəstəyi olmadan qalib gələ bilməyəcəyini vurğulayır.
“Türkiyədə prezident seçkilərinin nəticələrinə üç əsas seçki qrupu qərar verəcək: türk millətçiləri, kürd seçicilər və işçi sinif. Türkiyə müxalifəti işçi sinfi olmadan qalib gələ bilməz”.
Təhlildə qeyd olunub ki, Kılıçdaroğlunun solçulardan əl çəkməsi və müttəfiqlərinin neoliberal iqtisadiyyatını mənimsəməsi ona seçki bahasına başa gələ bilər: "O, həm də türk millətçiliyinə meydan oxuyur, bu, onu məğlubiyyət yoluna apara bilər".
“Foreign Policy” yazır ki, Kılıçdaroğlu sağçı müxalifət ittifaqını bir arada saxlamaq üçün işçilərin hüquqlarının bərpasını müdafiə etməkdən yayınıb.
ABŞ nəşri Kılıçdaroğlunun indiyə qədər dünyəvi, mühafizəkar və türk millətçilərindən ibarət koalisiya qurmağı və Halkların Demokratik Partisinin (HDP) dəstəyini almağı bacardığını şərh edib. “Foreign Policy” bu koalisiyanın özü ilə çətinliklər gətirdiyini vurğulayıb:
“Kılıçdaroğlu ona dəstək olmaq üçün bir araya gələn müxtəlif güclərin ziddiyyətli maraqlarını və tələblərini uzlaşdırmaq cəhdlərində getdikcə daha böyük çətinliklərlə üzləşir. Milliyyətçi müttəfiqi İYİ Partiya HDP ilə danışmaqdan imtina etdiyi halda, HDP Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə yeni cümhuriyyət qurmaq üçün onlarla danışıqlara başlayacağını gözləyir".
Təhlildə qeyd olunub ki, kürdlərin səsini qazanmaq Kılıçdaroğlunu türk millətçilərinin tənqidinə məruz qoyub və bu Kılıçdaroğlunun şansını təhlükə altına sala bilər.
Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun mayın 14-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı üstələmək şansının real olduğu da yazan “Foreign Policy” seçkinin ikinci tura keçəcəyi təqdirdə nələrin baş verə biləcəyinə də diqqət çəkib.
"Anketlərdə hələ də lider olmasına baxmayaraq, Kılıçdaroğlu ikinci turda yenə də Ərdoğana qarşı dezavantajlı olacaq, çünki o, əslində, bu üç seçki dairəsindən yalnız birinin, yəni kürdlərin tam dəstəyinə əmin ola bilər", - ABŞ nəsri yazıb.
Musavat.com