Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Seçki gecəsi Baydenin üzü bənövşəyi rəngə boyanacaq".Sozcu.info xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri və AKP-nin millət vəkili namizədi Süleyman Soylu Beylikdüzü rayonunda balıq bazarını ziyarəti zamanı deyib.O bildirib ki, ölkəyə əsrdə bir belə - Tayyib Ərdoğan kimi liderlər gəlir:“İlk dəfədir ki, Amerika və Avropa qarşımızda bu qədər zəif haldadır. İlk dəfədir ki, Amerika və Avropanı aciz tuturuq. Tayyib Ərdoğan sizə əmanətdir. Bu əmanəti alıb, qəbul etdiniz? Allah sizdən razı olsun. Bazar günü axşam, Allah nəsib etsin, elə bir nəticə əldə edəcəyik ki, Kamal bəy də, Amerika da bir daha ağzını aça bilməyəcək”.“Həmin axşam Tayyib Ərdoğanın edəcəyi balkon çıxışını səbirsizliklə gözləyirik, hə? Həmin balkon çıxışı zamanı Amerika prezidenti Baydenin üzü bənövşəyi rəngə çevriləcək. Bu Türkiyənin qüruru olacaq, Türkiyənin şərəfi olacaq. Avropa liderləri də zəng edəcəklər, deyəcəklər ki, Tayyib Rəislə danışa bilərik? Əziz həmvətənlərim, Allah bizə bu şərəfi nəsib etsin. Allah çətinliklərimizi asan etsin”, - deyə S. Soylu çıxışını yekunlaşdırıb.Qeyd edək ki, iki gün sonra – mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Məmləkət Partiyasının lideri Məhərrəm İncə ötən gün namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.