“Avropa İttifaqı Gürcüstanı öz üzvlüyünə qəbul eləməyib, biz onun siyasətinə tabe olmamalıyıq” – Qaribaşvili


Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiya ilə təyyarə uçuşlarının bərpa edilməsi qərarını doğru hesab elədiyini bildirib.

Mayın 19-dakı çıxışı zamanı Aİ-nin Tbilisi-Moskva reyslərinin açılması ilə bağlı şərh verən Qaribaşvili deyib ki, ölkəsi hələ Avropa İttifaqına qəbul edilmədiyi üçün Aİ-nin siyasətinə tabe olmaq niyyətində deyil. Qaribaşvili Avropa İttifaqının üzvü olmaq  üçün uzun illər gözləmək lazım olduğunu bildirib.

Qaribaşvili onu da qeyd edib ki, Gürcüstanla Rusiya arasında uçuşlar yalnız sanksiya siyahılarına daxil olmayan aviaşirkətlər tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin təmsilçisi Peter Stano Gürcüstana müraciət edərək aviasiya sahəsində Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə çağırıb, Gürcüstanın öz hava məkanını Rusiyadan gələn təyyarələrin üzünə bağlamalı olduğunu deyib.



Oxşar Xəbərlər

Xəbər lenti