8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə Azərbaycan ordusu tərəfindən Şuşanın azad olunması barədə danışıb.
Sozcu.info xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.
“Şuşanın süqutunun (azad olunmasının-red.) tarixi belədir: Şuşanın olduqca böyük əhəmiyyət daşıdığını anlayaraq, bütün göstərişlər şəhərin müdafiəsinin təşkilinə yönəldildi. Amma hazırlıq işlərindən az sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı Zarıslı kəndi hissəsində bizim müdafiəni yarıb Laçın-Xankəndi yoluna düşüb, yəni faktiki olaraq yolu bağlayıb:
"Bu xəbəri mənə Araik Arutyunyan çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiq etmədi. Yeri gəlmişkən, bu, müharibə zamanı dəfələrlə təkrarlanan vəziyyət idi. Arutunyanın xəbər etdiyini Baş Qərargah təsdiqləmir, hətta təkzib edirdi. Və bir müddət sonra Baş Qərargah onun verdiyi məlumatın doğru olduğunu etiraf etməyə məcbur oldu. Daha sonra azərbaycanlıların Xankəndi-Laçın yolu ilə hərəkət edən mülki avtomobili atəşə tutması xəbəri gəldi. Əslində Şuşanın süqutu elə o andan başlayıb. Artıq düşmənin (Azərbaycan ordusu-red.) ilk bilriklərinin Şuşaya daxil olduğu, daha sonra ikinci dəstənin girdiyi məlumatı gəlməyə başladı. Nəhayət, noyabrın 7-də günorta Baş Qərargah rəisi Onik Qasparyan Şuşanın əldən çıxması barədə mənə məruzə etdi. Bu, mənim üçün ağır xəbər oldu, çünki bütün fərmanlarımda, sərəncamlarımda, iclaslarımda Şuşanın saxlanmalı olduğunu deyirdim, qorunacağına da təminat almışdım. Şuşanın getməsi xəbərini eşidəndə ilk reaksiyam bu tələbdən ibarət oldu: söz verdiyini et – Şuşanı saxla, onu geri al!. Nəhayət, mənə əks-həmlə, hansısa uğurlar haqqında məlumat verdilər, daha sonra əməliyyatın Şuşanın içində getdiyini söylədilər. Üçtərəfli bəyanatı imzalamazdan əvvəl mənə məlumat verildi ki, Şuşanın bir hissəsi hələ Ermənistan Ordusunun nəzarətindədir. Sonra üçtərəfli bəyanat imzalandı, noyabrın 10-na keçən gecə hökumət binasına hücum oldu və 1-2 gün sonra tam ştatlı işə gedəndə mənə həmin vaxt şəhərdə bir əsgərimizin belə qalmadığını söylədilər”, - deyə Paşinyan bildirib.
Musavat.com