8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tarixən bərəkətli torpağı, təbii sərvətləri ilə yadellilərin, işğalçıların hədəfində olan Azərbaycan, daim onlara qarşı mübarizə aparmış, bu yolda minlərcə qəhrəman oğullarımız canından keçmişdir. Bu mübarizə həm də, möhkəm qala divarları, keçilməz sədlər tikilməklə aparılmışdır. Buna ən bariz nümunə əsrlər boyu şimaldan gələn qarətçi və işğalçı yürüşlərin qarşısını alan “Dəmir qapı Dərbənd” i göstərmək olar. Çünki əcdadlarımız siyasi sabitliyi, iqtisadi rifahı ilk öncə sərhədlərin təhlükəsizliyində görmüşdür.Prezident İlham Əliyev atalarımızdan qalan bu ənənəni nəinki davam etdirir, tarix boyu rastlaşmadığımız yeni forma və siyasətlə hər an Azərbaycanı daha da quvvətləndirir. 10 noyabr 2020 – ci il üçtərəfli bəyannamənin mürəkkəbi qurumamış azad olunmuş ərazilərdə quruculuq işlərinə başlayan Prezident Ali Baş Komandan olduğu qədər Memar olduğunu da bütün Dünyaya sübut etdi. Ən radikal erməni mənbələri belə Qarabağda 3 ildə görülən işlərin 30 ildə ermənilər tərəfindən görülmədiyini etiraf edir, Qarabağ kimindir sualını İlham Əliyevin cavablandırdığını bildirirlər.Birinci Qarabağ müharibəsi dövründə Laçının işğalı müharibənin taleyini həll etdiyi kimi, İkinci Qarabağ müharibəsində Laçın dəhlizinə nəzarəti ələ keçirən ordumuz düşmənin nəfəsliyini kəsmişdir. Laçının hərbi strateyi mövqeyi Qarabağ üçün ən azı Şuşa qədər əhəmiyyətlidir. Məhz buna görədir ki, Prezident bu şəhərə bu dəhlizə nəzarəti bərpa etmək üçün həm daxildə, həm xaricdə erməni himayədarlığı edənlərlə amansız mübarizə aparmış, qurtum-qurtum, qarış-qarış öz məqsədinə çatmışdır. “Ola bilməz”, “edə bilməz” deyənlər göstərilən qətiyyət qarşısında BMT nin təhlükəsizlik şurasına qədər yola çıxsa da diplomatik gedişlərdə daim öndə olan İlham Əliyevin növbəti qələbəsini alqışlamaqla kifayətləndilər. Artıq bu erməni vəkilliyi edənlər üzbəüz dağlardan Laçında aparılan quruculuq işlərini seyr edir, bir ildə dəyişən Laçını nağıllar aləminə bənzədir. Bəli, orta əsrlər Azərbaycanı üçün Dərbənd nə idisə hal hazırda Laçın odur. Bunu Dünyaya qəbul elətdirən dövlət başçısı, bu əzəmətin, bu təmtərağın görüntüsünü “Laçın günü”ndə nümayiş elətdirdi. Bu əzəmətli gündə səslənən hər musiqi, oxunan hər mahnı Qarabağ Azərbaycandır və nida deyirdi. Tikilən binalar, hava limanı, çəkilən yollar, qurulan infrastruktur bur Vətəndir deyir. İndi Laçından Xankəndinə silah sursat daşınmır, indi xalqımıza qarşı əli cinayət batmışlar Laşında öz əməllərinə görə məsuliyyətə cəlb olunur. 30 illik həsrətdən sonra doğma Vətənə qayıdan hər bir laçınlı düşmənin bir addımlığında, başı dik alnı aşıq qürurla “mən fəxr edirəm ki, azərbaycanlıyam” deyir. Əminliklə demək olar ki, bir neçə ilə Qarabağın iqtisadi, mədəni mərkəzinə çevrilmiş daha möhtəşəm, daha əzəmətli Laçını görəcəyik. Yaşasın müzəffər Azərbaycan ordusu, yaşasın səni dünyaya yenidən bəxş edən Ali Baş komandan. Qurtuluş günün mübarək Laçınım.Sevinc Hacızadə
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info