8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi 60 km-dir.
Laçın rayonu 18 may 1992 -ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 103 nəfər əlil olmuş, 65 nəfər girov götürülmüşdür. Rayonun 6 milli qəhrəmanı vardır. 2020-ci ilin 27 sentyabırından başlayaraq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edidi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Bu ilin sonuna qədər minlərlə həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.Laçında həyata keçirilən quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuştəxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obiyektləri də yaradıcılacaq.Biz öz doğma torpaqlarımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir Laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpaqlarında qurub-yaradacaqdır.Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük.Adilə BağırzadəSuraxanı rayonu, 76 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri
Sozcu.info