Prezident Ərdoğan Soçiyə yollandı


Sozcu.info TRT kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Rusiyaya yola düşüb. Prezident yerli vaxtla saat 10.50-də  “Atatürk” hava limanından Soçi şəhərinə doğru istiqamətlənən təyarəyə minib.

Prezident Ərdoğanı Türkiyənin XİN rəhbəri Hakan Fidan, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır və digər rəsmi şəxslər müşayiət edirlər.

Ərdoğan ilə Putin görüşünün ən mühüm mövzudunun Qara dəniz taxıl dəhlizinin bərpası məsələsinin olacağı deyilir. Həmçinin müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin və müxtəlif regonlardakı siyasi vəziyyətlərin müzakirə edilməsi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti