8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif etdik”.
Sozcu.info xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında deyib.
“Ermənistanın U dönüşü” ilə bağlı sualı cavablandıran Rusiya dövlət başçısı bunları qeyd edib:
“Heç bir dönüş olduğunu düşünmürəm. Biz nə baş verdiyini görür və başa düşürük. Bu haqda deyiləcək çox şey var. Biz öz məskunlaşma variantlarımızı təklif etmişik, bu, hamıya məlumdur. Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar ortaya çıxdı, amma nəticədə “nə edəcəksiniz” sualımıza bu cavabı verdilər - döyüşəcəyik. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.
Musavat.com