Paşinyan Putindən şübhələnir?


Artıq Qərbdəki tərəfdaşlarına zəng edirlər

Sozcu.info xəbər verir ki, Ermənistanda dərc edilən “Joxovurd” qəzeti anonim mənbələrə istinadla yazıb: “Baş nazir Nikol Paşinyan Rusiya hakimiyyəti tərəfindən Ermənistanda dövlət çevrilişi hazırlandığı barəsində beynəlxalq tərəfdaşlara məlumat verməyi öz siyasi komandasının üzvlərinə tapşırıb”.

Nəşrin məlumatına görə, hakim partiyadan olan deputatlar və nazirlər öz qərbli həmkarlarına zəng edərək və ismarıclar yazaraq xahiş edirlər ki, Ermənistanda ehtimal edilən dövlət çevrilişinin qarşısını alsınlar. Çünki Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə, iqtidara rusiyapərəst qüvvələr gələcəklər”.



Oxşar Xəbərlər

Xəbər lenti