Gürcüstandan Rusiyaya qarşı addım: QADAĞAN edildi


Bu gündən etibarən Gürcüstandan Rusiya ərazisinə Avropa İttifaqı ölkələrində istehsal olunan avtomobillərin ixracı, reixracı və ya tranziti tam dayandırılıb.

Sozcu.info xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidmətinin məlumatına görə, bu addım Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketinin tələblərindən irəli gəlir.

Qadağa mühərrikinin həcmi 1,9 kubmetrdən çox olan avtomobillərə, həmçinin hidrid avtomobillərə və elektromobillərə aiddir.

Xatırladaq ki, Gürcüstan hökuməti avqustun 1-dən ABŞ-da istehsal olunan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub. Gürcüstanın Milli Statistika Xidmətinin daha əvvəl bildirdiyi kimi, avqust ayında bu məhdudiyyətlər qüvvəyə mindikdən sonra respublika Rusiyaya cəmi 85 avtomobil tədarük edib ki, bu da əvvəlki ayla müqayisədə 12 dəfə azdır.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti