Putin İsrail-Fələstin münaqişəsinə belə REAKSİYA verdi


Rusiya Prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əs-Sudani ilə görüşü zamanı İsrail-Fələstin münaqişəsinə münasibət bildirib. O, bunu ABŞ siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb.

Sozcu.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 

Rusiya liderinin fikrincə, ABŞ Yaxın Şərqdəki siyasətində Fələstin xalqının maraqlarına məhəl qoymayıb və hər iki tərəfə təzyiq edib.

O hesab edir ki, İsrail və Fələstin arasındakı münaqişə ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğudur.

Putinin sözlərinə görə, münaqişə zamanı mülki əhaliyə dəyən zərər sıfıra endirilməli və hər iki tərəf bunu rəhbər tutmalıdır.

Xatırladaq ki, İsrail ilə radikal HƏMAS hərəkatı arasında döyüşlər oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. İsrail buna cavab olaraq Qəzza zolağında əməliyyata başlayıb. 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti