Putin Bişkekdə: Əliyevlə təkbətək görüş olacaq


Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak etmək üçün Bişkekə rəsmi səfərə gəlib.

Sozcu.info xəbər verir ki, səfər zamanı Putin Qırğız prezidenti Sadır Japarovla danışıqlar aparacaq.

Bu, Rusiya prezidentinin son 3 ildə xaricə ilk rəsmi səfəridir.

Ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, oktyabrın 12-də Putin Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Onlar Qarabağda vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin öz yaşayış yerlərinə mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər.

Sammitdə Birlik ölkələrinin liderləri təşkilat çərçivəsində cari ildə qarşılıqlı fəaliyyətin yekunlarına yekun vuracaq, gələcək üçün əsas iş istiqamətlərini müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Vladimir Putinin həmkarlarına Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin prioritetləri barədə məlumat verəcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan müəyyən halları əsas gətirərək sammitdə iştirakdan imtina edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}