Hakan Fidan Livana səfər edəcək


Türkiyə Yaxın Şərqdə gərginliyi azaltmaq üçün diplomatik səylərini davam etdirir

Sozcu.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün Livana səfər edəcəyi gözlənilir. Fidan bundan əvvəl Misirdə səfərdə olub. Hakan Fidanın Livana səfərdən sonra Səudiyyə Ərəbistanına getməsi gözlənilir.

Xəbər verdiyimiz kimi, İsrailin “Yediot Ahronot” (Yedioth Ahronoth) nəşri ötən gecə İsrail Ordusunun Livanda “Hizbullah” təşkilatına məxsus hədəfləri vurduğunu bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti