8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"SpaceX"-in "Starlink" peyk interneti Gürcüstanda işə salınıb. Sozcu.info xəbər verir ki, bu barədə şirkətin qurucusu İlon Mask bildirib.
"Starlink artıq Gürcüstanda mövcuddur", - deyə Mask sosial mediadakı səhifəsində yazıb.
"Starlink Georgia" 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstan Rabitə Komissiyası şirkətə respublikada fəaliyyətə başlamaq üçün icazə verib.
"Starlink" qlobal peyk rabitə sistemi layihəsidir və 2002-ci ildə Mask tərəfindən qurulan "SpaceX" tərəfindən hazırlanıb.
"Starlink" sistemi Yer orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik cihazları yerləşdirməklə, bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.
Hurriyyet.az