Ərdoğan: "Tezliklə Misirə səfərim mümkündür”


“Tezliklə Misirə səfərim mümkündür”.

Sozcu.info “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfərdən dönərkən təyyarədə jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Misir hakimiyyəti Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah sərhəd keçid məntəqəsində müsbət addımlar atır: “Biz Qəzzadan daha çox xəstənin çıxarılaraq ölkəmizə gətirilməsini istəyirik”.

O, bu kimi məsələləri Misirdə müzakirə etmək istədiklərini bildirib. R.T.Ərdoğan qeyd edib ki, ən qısa zamanda Misirə səfər etməsi mümkündür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}