SON DƏQİQƏ! İran və Rusiya razılığa gəldi: "Artıq təsdiqlənib"


İran və Rusiya arasında müdafiə sənayesi əməkdaşlığı dərinləşir. İran Su-35, Yak-130 və Mi-28-i tədarük etmək qərarına gəlib. Su-35-lər bu yaxınlarda İrana gətirilib.

İran Rusiyadan Su-35 döyüş təyyarələri, Yak-130 təlim təyyarələri və Mi-28 hücum helikopterlərinin tədarükünün yekunlaşdığını açıqlayıb. Su-35 qırıcısının ilk tədarükü bu yaxınlarda həyata keçirilib. Ukrayna-Rusiya müharibəsi başlayandan iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda əhəmiyyətli artım müşahidə olunub.

Sozcu.info xəbər verir k, İranın "Təsnim" xəbər agentliyinə danışan müdafiə nazirinin müavini Mehdi Ferhi Rusiyadan alınacaq döyüş təyyarələri və helikopterlərin çatdırılması ilə bağlı müqavilənin bağlandığını açıqlayıb.

"Yak-130 təlim təyyarələri, Sukhoi-35 döyüş təyyarələri və Mi-28 hücum helikopterlərinin ölkəyə gəlişi təsdiqləndi və proses davam edir" - Ferhi deyib.

Xəbərdə tədarük müqaviləsinin nə vaxt bağlandığı və Rusiyadan İrana nə qədər təyyarənin nə vaxt gətiriləcəyi barədə məlumat verilməyib.

Musavat.com




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}