Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir

 

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu böyük tarixi hadisədir. Xalqımızın bu dəfə də doğru seçim edəcəyinə əminəm! Belə ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.

Prezident İlham Əliyevin siyasi Liderliyi, uzaqgörənliyi və qətiyyəti nəticəsində ölkəmizin qazandığı uğurlar Azərbaycanı regional və beynəlxalq səviyyədə güclü dövlətə çevirib: “Bu gün Azərbaycan beynəlxalq səviyyədə diktə edən tərəf kimi şərtləri müəyyən edir. Dünyanın güc mərkəzi olan dövlətlər Azərbaycanla hesablaşır. Bütün qazanılan uğurların mərkəzində Prezident İlham Əliyevin Liderliyi, şəxsiyyəti və siyasi bacarıqları dayanır. Cənab İlham Əliyev fenomeni ilə Azərbaycan uğurdan-uğura doğru daha da güclənərək irəliləyir. Bütün bu uğurların kontekstində 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı”.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.

“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Qalib xalqın, qalib prezidenti olmalıdır və bizim seçimimiz bəllidir !

Seyid Seyidov

Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsinin müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti