8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ərdoğan: “Mən zəng etməyəcəyəm”, - demişdi
Sozcu.info xəbər verir ki, Türkiyənin “Hürriyet” nəşri ABŞ Prezidenti Cozef Baydenin Prezident R.T.Ərdoğanla telefonla danışmaq niyyətində olduğunu yazıb. Söhbətin mövzusunun Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər olacağı bildirilir.
Nəşrdə dərc edilmiş xəbərdə qeyd edilir ki, Ərdoğan indiki vəziyyətdə Baydenə özünün zəng etməyəcəyini, lakin Baydenin onunla telefon vasitəsi ilə əlaqə saxlayacağı təqdirdə problemləri müzakirə eləməyə hazır olduğunu əvvəllər dəfələrlə bəyan edib. Prezident Ərdoğanın bu mövqeyinin səbəblərindən biri Ankaranın Vaşinqtonun Qəzza sektorunda baş verənlərə münasibətinə tənqidi yanaşmasıdır.
Türkiyəyə F-16 təyyarələrinin satışındakı ləngimə və İsveçin NATO-ya daxil olmasında Ankaranın razılıq verməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Konqressin F-16 satışına razılıq verəcəyi təqdirdə, Türkiyə də İsveçin müraciətinə müsbət cavab verəcək.