Bu gün, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır.
Sozcu.info-nun məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Moskva gözləyir ki, İrəvan və Bakı bu təklifin aktuallığını nəzərə alacaq" - Qaluzin TASS-a müsahibəsində bildirib.
Rusiya rəsmisi xəbərdar edib ki, Ermənistanda Avropa müşahidəçi missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyəcək, əksinə, Transqafqazda gərginliyi artıracaq.
Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağa yönəlib. Bildirilir ki, Rusiya artıq Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitlə bağlı bütün MDB liderlərinə, o cümlədən Paşinyana dəvət göndərib və cavab gözləyir.