8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan beynəlxalq miqyasda daim öz sözünü deyən və bir sıra önəmli layihələrdə xüsusi yer alan bir dövlətdir. Bu ənənə hələ ümummilli lider H.Əliyevin vaxtından özülü qoyulmuş bir məsələdir. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu uğurlu siyasəti davam etdirir. Azərbaycan Respublikası digər dövlətlərlə sülh şəraitində yaşayaraq qarşılıqlı səfərlər həyata keçirir və əməkdaşlıq edir. Bu dövlətlərdən biri də Serbiyadır. Son vaxtlar müntəzəm əlaqələr quran bu iki dövlət arasında əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri də böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Belə görüşlərdən biri də Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Bu tədbirdə çıxış edən İlham Əliyev mərasimi dostluq mərasimi, strateji tərəfdaşlıq mərasimi adlandırıb. Sonra layihəyə diqqət çəkərək bunun Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcəyini qeyd edib. Bu layihə ilə Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda bizim təbii qazımız səkkiz ölkəyə ixrac edilir, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir. Keçən il Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatması planlaşdırılıb. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bununla daqoyulan hədəfə doğru inamla addımladığımız qeyd edilib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir. Azərbaycan gələcəkdə də təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirəcəkdir və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmağı hədəfləyir. Qarşıya qoyulan əsas hədəf bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.İlham Əliyev tədbirdə bir neçə gün öncə həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdiklərini və bu sahədə öz dəstəklərini göstərdiklərini qeyd edib. Bütün bunlar baxmayaraq ki, Azərbaycanın zəngin neft və qaz resursları var, bizim gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında gördüyümüzü göstərir. Belə bir görüşün bir gün yaşıl enerji layihələri ilə bağlı keçirilməsinin arzuolunan olduğu qeyd edilib.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Biz əminik ki, belə görüşlər daim inkişaf etdiriləcək və Azərbaycanı daha da inkişafa aparacaqdır.
Nəzakət Rəhimova
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info