Türkiyə Prezidenti Macarıstana gedir – düz 100 ilin tamamında


Sozcu.info “Anadolu Agentiyi”nə istinadla xəbər verir ki, dekabrın 18-də Türkiyə Prezidenti R.T.Ərdoğanın  Macarıstana rəsmi səfəri başlanır. Prezidenti Nazirlər Kabinetinin üzvləri müşayiət edəcəklər. Agentliyin məlumatına görə, Preident Ərdoğanın Budapeştə səfəri iki ölkə arasındakı münasibətlərdə tarixi bir günə təsadüf edir.

Birinci Dünya müharibəsinin başlanmasından sonra Türkiyə ilə Macarıstan arasında diplomatik münasibətlər kəsilmiş, ardından 1923-cü il dekabrın 18-də imzalanmış Dostluq Müqaviləsi ilə bərpa edilmişdi. Bu gün həmin razılaşmanın imzalanmasından düz yüz il keçir.

Səfər çərçivəsində  Prezident Ərdoğan Macarıstan Prezidenti Katalin Novak, Baş nazir Viktor Orban və digər rəsmi şəxslərlə görüşəcək.

Görüş zamanı, Qəzza bölgəsindəki vəziyyətin, Türkiyənin Avropaya inteqrasiyası mövzusunun, Ankara ilə Budapeşt arasında siyasi-iqtisadi münasibətlərin müzakirə edilməsi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti