8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan 1991-ci il müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi taniyan ilk dövlət Türkiyə olmuşdur. Hər zamankı kimi ...
Həmişə belə olub – nə ilk, nə də sondur! Şahidimiz tarixdir – bir millətin iki dövlətinin iki canda tək ürək olmasına sınaqlardan şərəflə çıxaraq”bir millət, iki dövlət” şuarının ruhuna sadiqliyimizi təsdiq etmişik: Məhz Qardaş ölkənin mənəvi-siyasi dəstəyi Azərbaycanı 30 il hərbi siyasi əsarətdə qalmış torpaqlarını azad etməyə ruhlandırdı. Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ata sözü, ata nəsihəti və vəsiyyəti müqəddəsdir. Cənab İlham Əliyev taleyüklü məsələləri həll etdi, ata vəsiyyətini – müqəddəs siyasi missiyanı yerinə yetirərək Qarabağın işğaldan azad edilməsinə müvəffəq olmaq xoşbəxtliyini yaşadı və yaşatdı – hər birimizə, hamımıza. Qürur duyuruq!-Müstəqil Azərbaycanın banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş günündə - 15 iyun 2021-ci ildə Azərbaycan ilə, Türkiyənin müştərək şanlı tarixinin ən uca məqamında Şuşa zirvəsində Müttəfiqlik haqqında Bəyannamənin imzalanmasını məmnunluq, qürur hissi ilə xatırlayırıq. Bu həm də qarşılıqlı inamın, gələcəyə aydın strateji baxışın ifadəsidir.Qardaşlıq tariximiz ibrətamiz hadisələr və ibrət dərsləri ilə zəngindir. Şanlı tariximizin parlaq səhifələrini iftixarla xatırlayır, ehtiramla yad edirik. Çanaqqala və Qarabağ zəfərini . Azərbaycan və Türkiyə daim birlikdədir. Çünki, birlikdə güclüyük!Müzəffər Ali Baş komanda İlham Əliyevin qeyd etdiyi kimi “Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik... bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”. Biz buna inanırıq! Buna şübhə yoxdur!
Nigar Həmzəyeva
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info