İrəvan Bakı ilə Rusiyanın yox, Qərbin vasitəçiliyi ilə görüşmək tərəfdarıdır - Azərbaycan isə birbaşa danışıqlar təklif edib

Sozcu.info xəbər verir ki, İrəvan Bakı ilə danışıqların Qərb platformalarında davam etməsinin tərəfdarıdır. 
TASS informasiya agentliyinin məlumatına görə, Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının başçısı Sarqis Xandanyan Ermənistan üçün artıq formalaşmış danışıq formatlarını davam etdirməyin mühüm olduğunu bəyan edib - yəni, danışıqlar əvvəl olduğu kimi Qərb meydanlarında davam etməlidir. 
Xandanyan brifinqdəki çıxışında deyib: "Artıq formalaşmış danışıqlar formatını davam etdirmək bizim üçün çox mühümdür. Bilirsiniz ki, Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşlər formatı, Avropa İttidaqının vasitəçiliyi ilə isə ölkə liderlərinin danışıqları formatı formalaşıb. Bu, danışıqlara legitimlik gətirir".
Azərbaycanın İrəvanla Bakı arasında birbaşa danışıqların başlanması təklifindən danışarkən Xandanyan qeyd edib ki, Ermənistan gələcək sülh müqaviləsində əvvəldən razılaşdırılmış prinsiplərin möhkəmləndirməsinə əhəmiyyət verir.  
Daimi komissiyanın başçısının sözlərinə görə, İrəvan regional kommunikasiyaların keçdikləri ərazilərdəki ölkələrin suverenliyi və qanunları çərçivəsində açılamasında israrlıdır. Lakin ticarət məhsullarının, nəqliyyat vasitələrinin və insanların keçidində müəyyən imtiyazların verilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.



Oxşar Xəbərlər

Xəbər lenti